AZ

CENTCOM İranın raket arsenalı ilə bağlı iddiaları rədd edib

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper İranın raket arsenalının 70 faizdən çoxunu qoruduğu barədə məlumatları etibarsız adlandırıb.

APA xəbər verir ki, o, bu barədə Senatın Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ əməliyyatları İranın Yaxın Şərqdəki hərbi imkanlarını ciddi şəkildə zəiflədib.

Qeyd edib ki, İran artıq genişmiqyaslı hücumlar həyata keçirmək imkanında deyil və müdafiə sənayesinin böyük hissəsi məhv edildiyi üçün bərpa prosesi uzun çəkəcək.

Admiral, həmçinin vurğulayıb ki, əməliyyatlar nəticəsində HƏMAS, “Hizbullah” və husilər İranın silah və dəstəyindən böyük ölçüdə məhrum olub.

Seçilən
21
2
apa.az

3Mənbələr