Aktrisa Günəş Mehdizadə bu yaxınlarda dünyasını dəyişən həyat yoldaşı, səs rejissoru Rasim Mehdizadəyə həsr olunmuş paylaşım edib.
Publika.az xəbər verir ki, o, "İnstagram"dakı şəxsi hesabında "Sən getdin o yerə ki, orada daim günəş olacaq... Sənin günəşin" sözlərini qeyd edib.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Rasim Mehdizadə 51 yaşında vəfat edib.