AZ

"Reuters": Si Cinpin Trampa Tayvan xəbərdarlığı edib

BAKI, 15 may. TELEQRAF

ABŞ Prezidenti Donald Trampla Çin sədri Si Cinpin arasında Pekində keçirilən danışıqlarda Tayvan məsələsi əsas mövzulardan biri olub.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, Si Cinpin Tayvan məsələsində yanlış addımların ABŞ-Çin münasibətlərini ciddi böhrana sürükləyə biləcəyi barədə xəbərdarlıq edib.

Məlumata görə, Donald Tramp və Si Cinpin ABŞ prezidentinin Çinə iki günlük dövlət səfərinin son günündə yenidən görüşəcəklər.

ABŞ lideri sosial şəbəkədə paylaşım edərək Çinlə münasibətlərin əvvəlkindən daha güclü olacağına ümid etdiyini bildirib.

Donald Tramp “Fox News” telekanalına müsahibəsində isə Si Cinpini “tam şəkildə işinə fokuslanan” lider kimi xarakterizə edib.

Danışıqlarda ticarət məsələləri də müzakirə olunub. ABŞ nümayəndəsi Ceymison Qrir bildirib ki, tərəflər kənd təsərrüfatı məhsulları, mal əti və “Boeing” təyyarələri ilə bağlı razılaşmalar əldə ediblər.

Onun sözlərinə görə, Çin ABŞ istehsalı olan 200 “Boeing” təyyarəsi sifariş etməyə razılıq verib.

Məlumata əsasən, Vaşinqton və Pekin gələcək ticarət münasibətlərinin idarə olunması üçün yeni mexanizmlər üzərində də işləyir.

Xəbərdə qeyd olunur ki, Donald Tramp Çin tərəfi ilə Hörmüz boğazının açıq saxlanılması və İran məsələsini də müzakirə edib.

Seçilən
36
teleqraf.com

1Mənbələr