AZ

Tramp İranı yeni bombardmanlarla hədələdi

"İran ya ABŞ ilə sövdələşmə bağlaya bilər, ya da məhv edilmə təhlükəsi ilə üzləşə bilər".

Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.

Ağ Ev rəhbəri iddia edir ki, onların sövdələşmə bağlamaq imkanı var, əks halda məhv ediləcəklər, lakin o, bunu etmək istəmir.

Tramp hesab edir ki, Amerika tərəfi İslam Respublikasından zənginləşdirilmiş uran əldə edə bilər. ABŞ prezidenti materialların yerin altında basdırılmış ola biləcəyini ehtimal etsə də, onları götürməyə üstünlük verdiyini vurğulayıb. Həmçinin Tramp urana çıxış əldə etmək üçün Tehrana yeni bombardmanlarla hədə-qorxu gəlib.

Seçilən
36
publika.az

1Mənbələr