AZ

Azərbaycan təmsilçisi "Avroviziya-2026"nın finalına keçə bilmədi

Ötən gün "Avroviziya-2026" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi yekunlaşıb.

Far.Az xəbər verir ki, Vyanada keçirilən müsabiqədə müsabiqədə təmsilçimiz JIVA (Cəmilə Həşimova) 2-ci nömrə altında "Just Go" adlı mahnısı ilə çıxış edib.

O finala çıxa bilməyib.

Bu mərhələdə Albaniya, Avstraliya, Bolqarıstan, Kipr, Çexiya, Danimarka, Malta, Norveç, Rumıniya və Ukrayna finala vəsiqə qazanıblar.

Xatırladaq ki, müsabiqənin final mərhələsi mayın 16-da baş tutacaq.

Seçilən
46
1
far.az

2Mənbələr