Fransanın Saône-et-Luara departamentində polis sürücüləri qeyri-adi mövsümi təhlükə barədə xəbərdar edib.
"Cebheinfo.az" xəbər verir ki, yollarda sərxoş kimi davranan marallar peyda ola bilər.
Hüquq-mühafizə orqanları bu xəbərdarlığı kəndlərdə vəhşi heyvanların qəribə davranışları halları qeydə alındıqdan sonra verib.
Marallar yollarını itirib, qeyri-sabit hərəkət edib, fırlanıb yıxılıb, bəzən isə gözlənilmədən yola çıxıb qəza riski yaradıb.
Mütəxəssislərin fikrincə, bu, ənənəvi alkoqolun təsiri ilə əlaqəli deyil, sadəcə hərəkətlər sərxoş hərəkətlərinə bənzəyir.
Xəzər
"Cebheinfo.az"