AZ

Azərbaycan regional innovasiya və texnologiya mərkəzinə çevrilir- ÖZƏL

"Müasir dövrdə texnologiya, innovasiya və mühəndislik sahələrinin inkişafı yalnız nəzəri biliklə deyil, praktik təcrübə və beynəlxalq yanaşmaların tətbiqi ilə mümkündür. Bu baxımdan belə layihələrin həyata keçirilməsi Azərbaycanın gələcək inkişaf prioritetləri ilə tam uyğunluq təşkil edir. Bu baxımdan AZCON Holding, Azərbaycan Texniki Universiteti və beynəlxalq tərəfdaşların əməkdaşlığı ilə yaradılan AZSET - AZCON Mühəndislik və Texnologiya Məktəbinin təqdimatı ölkəmizdə təhsil və sənaye inteqrasiyası baxımından mühüm və strateji addımlardan biridir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Xüsusilə gənclərimizin beynəlxalq akademik standartlara uyğun təhsil alması, innovativ düşüncə tərzinin formalaşdırılması və gələcəyin peşələrinə hazırlanması dövlətimizin insan kapitalına verdiyi önəmin bariz nümunəsidir. Təhsil müəssisələri ilə sənaye sektorunun əməkdaşlığı həm peşəkar kadr hazırlığını gücləndirəcək, həm də ölkəmizin texnoloji və iqtisadi inkişafına ciddi töhfə verəcək.
Bu təşəbbüs eyni zamanda Azərbaycanın regional innovasiya və texnologiya mərkəzinə çevrilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Əminəm ki, AZSET gələcəkdə yüksək ixtisaslı mühəndislərin, texnoloji düşüncəyə sahib gənclərin yetişməsində xüsusi rol oynayacaq və ölkəmizin rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr