AZ

TRASEKA Hökumətlərarası Komissiyasının XVIII illik iclası keçirilir

Yazını böyüt
Yazını kiçilt

Astanada TRASEKA Hökumətlərarası Komissiyasının (HK) XVIII illik iclası keçirilir.

Hafta.az məlumat verir ki, tədbirə iştirakçı ölkələrin nümayəndə heyətləri, TRASEKA HK Daimi Katibliyin nümayəndələri, müşahidəçi ölkələr, həmçinin beynəlxalq təşkilatlar və tərəfdaşlar qatılıblar.

İclasın gündəliyinə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, region ölkələrinin tranzit potensialının gücləndirilməsi və TRASEKA çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri daxil edilib.

Bundan əlavə, tədbir çərçivəsində TRASEKA HK-da sədrliyin Qazaxıstana ötürülməsi, iştirakçı ölkələr nümayəndə heyətlərinin rəhbərlərinin çıxışları, tranzit və nəqliyyat əməkdaşlığı məsələləri üzrə sənədlərin imzalanması, həmçinin TRASEKA HK Daimi Katibliyin Baş katibinin seçilməsi nəzərdə tutulub.

TRASEKA - Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyata dair Əsas Çoxtərəfli Sazişi imzalamış 14 dövləti birləşdirən beynəlxalq səviyyədə tanınmış proqramdır. Onların sırasında Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan və Ukrayna yer alır.

Seçilən
0
2
hafta.az

3Mənbələr