AZ

Uşaqların ağlamasına görə təşvişə düşməyin – Psixoterapevtdən valideynlərə tövsiyə

Rusiyalı psixoterapevt İrina Kraşkina uşaqların ağlaması və emosional davranışları ilə bağlı valideynlərə mühüm tövsiyələr verib. O bildirib ki, uşağın tez-tez ağlaması və ya isterik davranış sərgiləməsi valideynlərin səhvi kimi qiymətləndirilməməlidir.

Editor.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, xüsusilə 4-5 yaşa qədər uşaqlarda emosional partlayışlar inkişaf prosesinin normal hissəsi hesab olunur. Bu yaş dövründə uşaqlar hisslərini tam idarə edə bilmədikləri üçün aqressiya, ağlama və narahatlıq daha çox müşahidə olunur.

İrina Kraşkina qeyd edib ki, belə vəziyyətlərdə valideynlərin əsas məqsədi uşağı sakitləşdirmək və ona təhlükəsizlik hissi vermək olmalıdır. Onun fikrincə, uşağın hisslərini kiçiltmək və ya sərt reaksiya göstərmək problemi daha da dərinləşdirə bilər.

Psixoterapevt həmçinin vurğulayıb ki, valideynlərin emosional vəziyyəti də uşağın davranışına ciddi təsir edir. Stress və yorğunluq ailədaxili münasibətlərdə gərginliyi artırdığı üçün valideynlər ilk növbədə öz psixoloji balanslarını qorumağa çalışmalıdırlar.

//Gülnarə Abasova, Editor.az

Seçilən
56
editor.az

1Mənbələr