AZ

Əli Cavadlı: “Əsas hədəfim Bakıda dünya çempionu olmaqdır”

Yunan-Roma güləşi üzrə U17 millimiz Avropa çempionatını 6 medalla başa vurdu.

Apasport.az xəbər verir ki, Bolqarıstan Samokov şəhərində keçirilən qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Əli Cavadlı (45 kq) təəssüratlarını bölüşüb:

"Avropa çempionu olduğum üçün çox sevinirəm. Yarışa uğurlu başladım. İlk görüşüm Bolqarıstan idmançısına qarşı oldu və 8:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəldim. 1/4 finalda Ermənistan təmsilçisini 7:1 hesabı ilə məğlub etdim. Yarımfinalda Gürcüstan güləşçisinə 7:6 hesabı ilə qalib gəldim. Finalda isə Rusiya idmançısını 9:1 hesabı ilə məğlub edərək qızıl medal qazandım. Finalda güləşi hücum uslubunda qurdum. Görüş başlayandan aktivliyi mən aldım və parter vəziyyətində üstünlük əldə edərək qələbə qazandım. Bu qələbəni şəxsi məşqçim Şamxal Ağamalıyevə və atama həsr edirəm. Əsas hədəfim Bakıda keçiriləcək dünya çempionatında da qızıl medal qazanmaqdır".

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisi Avropa çempionatını 6 medalla başa vurub.

28 güləşçimiz Avropa çempionatında iştirak edəcək

Dörd güləşçimiz Dünya Seriyasında çıxış edəcək

Prezident İlham Əliyev: İdmançılarımızın özlərini layiqincə aparmaları məni çox sevindirir

Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm

Prezident: Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur

Seçilən
0
6
apasport.az

7Mənbələr