ABŞ İranla bağlı sülh şərtlərini bir daha açıqlayaraq bəyan edib ki, Tehran ya razılaşma müqaviləsini qəbul etməli olcaq, ya da tamamilə məhv olmaq yolunu seçəcək.
Ölkə.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.
"Onlar ya razılaşma əldə edə, ya da məhv edə bilərlər", deyən Tramp əlavə edib ki, sonuncu variant, İranın tamamilə məhv olmasını istəmir.
Zənginləşdiirlmiş uran məsləsində gəldikdə Tramp deyib ki, ABŞ İrandan zənginləşdirilmiş uran alacaq. "Mən bunu əldə etməkdə daha rahat olardım və biz də əldə edəcəyik", - Tramp vurğulayıb.
Trampın fikrincə, alternativ variant bu uranı İran ərazisində, lakin Amerikanın nəzarəti altında basdırmaqdır.
Tramp onu da əlavə edib ki, İran tərəfi uranı çıxarmağa cəhd göstərərsə, nüvə obyektlərinə təkrar zərbələr endiriləcək. "Mən onlara dedim ki, əgər onlar uranı çıxarmaq üçün oraya qoşun göndərsələr, yaxud kiminsə bunu etməyə çalışdığını görsək, oraya sadəcə bir neçə bomba atacağıq və bununla da məsələ bitəcək”, - Tramp xəbərdarlıq edib.
Mürtəza