AZ

Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparıldı

BAKI, 15 may. TELEQRAF

Rusiya və Ukrayna növbəti əsir mübadiləsini həyata keçiriblər.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, aparılan danışıqlar nəticəsində "205-in 205-ə" formulu ilə qarşılıqlı əsir mübadiləsi baş tutub.

Bütün hərbi qulluqçulara hazırda Belarusda zəruri tibbi, humanitar və psixoloji yardım göstərilir.

Seçilən
21
4
teleqraf.com

10Mənbələr