

Müəllif
Raxshanda
Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Ulusum.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.Bildirilib ki, bu gün Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından çıxan 10 kV-luq 3 saylı və 35/10 kV-luq “Liman” yarımstansiyasından çıxan 10 kV-luq 5 saylı hava xəttində təmir işləri aparılacaq.Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Sütəmurdov və Velədi, saat 14:00-dan 16:00-dək Qumbaşı, Şirinquyu kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Diqqət Çəkənlər
"Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var - VİDEO
Bu ərazilərdə işıq olmayacaq
Azərbaycanda polkovnik vəfat etdi