Mütəxəssislərin sözlərinə görə, burada suyun temperaturu 401 dərəcəyə qədər yüksəlir. Lakin dərinlikdəki nəhəng təzyiq səbəbindən su qaynamır. Ərazidə "qara bacalar" adlandırılan strukturlar okeana dəmir-sulfid və digər minerallarla zəngin qara tüstü püskürür.
Ən maraqlı məqam isə bu ekstremal şəraitdə həyatın mövcud olmasıdır. Günəş işığının çatmadığı tam qaranlıq mühitdə dəniz robotları müxtəlif balıq növləri, karideslər, dəniz anemonları və digər canlıları qeydə alıb. Araşdırmaçılar bəzi karides növlərinin qaranlıqda istiqaməti müəyyən etmək üçün işığa həssas xüsusi orqanlara sahib olduğunu bildirirlər.
Alimlər hesab edir ki, bu kəşf Yer kürəsində həyatın necə formalaşdığı və başqa planetlərdə ekstremal şəraitdə yaşam ehtimalı ilə bağlı araşdırmalar üçün mühüm əhəmiyyət daşıyır.