AZ

Azərbaycanın qeyri-neft-qaz ixracı 13% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin may sayına dair ilkin göstəricilərində bildirilib.

İcmala əsasən, cari ilin yanvar-aprel aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4 dəfə, pambıq iplik 2,3 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 71%, pambıq lifi 49,9%, meyvə-tərəvəz 22,1%, alüminium və onlardan hazırlanan məmulatlar 32,2%, çay 12,1%, spirtli və spirtsiz içkilər isə 9,4% artıb.

2026-cı ilin yanvar-aprel aylarında aqrar məhsullar üzrə ixrac 28,3% artaraq 298,3 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 31,6% artaraq 119 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 29,1% artaraq 417,3 milyon ABŞ dollarına bərabər olub.

Seçilən
0
10
day.az

10Mənbələr