AZ

AZAL bu gündən Dubay istiqamətində uçuşları bərpa edir

Azərbaycan Hava Yolları (AZAL) bu gündən etibarən Dubay istiqamətində uçuşların icrasına yenidən başlayır.

Bu barədə AZAL rəsmi sosial media hesabında məlumat paylaşıb.

Bildirilib ki, uçuşlar həftənin hər günü həyata keçiriləcək.

Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Dubay istiqaməti üzrə uçuşları dayandırmışdı.

Seçilən
5
14
marja.az

10Mənbələr