AZ

Məşhur yazıçı Trampı lağa qoydu: Onun intellektual səviyyəsi...

Dünyanın ən məşhur qorxu və dəhşət romanlarının müəllifi Stiven Kinq ABŞ prezidenti Donald Trampı hədəf alan növbəti qalmaqallı addımı ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, yazıçı rəsmi "X" hesabında süni intellekt vasitəsilə hazırlanmış və Donald Trampı ələ salan foto paylaşıb. Sözügedən fotoda ABŞ dövlət başçısı hərbi formada təsvir edilib.

Məşhur roman yazarı bu kollaja qısa, lakin olduqca ironik bir şərh əlavə edib. O, dünya ədəbiyyatının incilərindən sayılan Erix Mariya Remarkın məşhur "Qərb cəbhəsində dəyişiklik yoxdur" əsərinin adını Trampın ünvanına uyğunlaşdıraraq dəyişib.

Kinq paylaşımına "Alın payında dəyişiklik yoxdur" ("In the frontal lobe no change") sözlərini yazaraq Ağ Ev rəhbərinin intellektual səviyyəsinə eyham vurub.

Seçilən
2
16
publika.az

10Mənbələr