AZ

Bağ evlərinin kirayə qiyməti artır: Aylıq 10 min manat

"Yay mövsümü yaxınlaşdıqca bağ evlərinə maraq artır. Bağ evlərinə maraq həmişə yüksək olub, indi də belədir. Quru sərhədlərinin bağlı olduğunu nəzərə alsaq, vətəndaşların böyük hissəsi daha çox yay tətilini ölkə daxilində rayonlarda və bağlarda keçirməyə üstünlük verir".

Publika.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, yay tətilini istirahət məkanı kimi bağ evlərində keçirən və yaxud paytaxtda öz mənzilləri olan lakin yayda daha çox bağ evlərinə üstünlük verən vətəndaşlarımız üçün istiqamətdir.

"Bu davranış tendensiyası hər il həm bağ evlərinin, həm də bağ evlərinin yerləşdiyi torpaq sahələrinin qiymətində xüsusi artımın meydana gəlməsinə səbəb olur. Bu il istər bağ evlərinin kirayə, istərsə də satış qiymətlərinin dəyişməsi ehtimalı böyükdür. Yerindən asılı olaraq 10-20% arası qiymət artımı gözləyirik. Dövr keçdikcə vətəndaşların bağ evlərinin strukturuna və onun göstəricilərinə tələbləri fərqli şəkildə dəyişir. İndi daha çox tennis kortu, futbol meydançası, hovuzu, texnoloji baxımdan bütün yenilikləri, yəni, ağıllı ev sistemlərinin tətbiq olunduğu varinatda inşa edilmiş bağ evlərinə tələbat daha çoxdur. Texnoloji inkişaf getdikcə, insanlar daha çox yüksək səviyyədə texnoloji imkanlara malik istirahət məkanlarına üstünlük verirlər".

Seçilən
33
2
publika.az

3Mənbələr