AZ

Qurban Yetirmişli: “Zəlzələ olacaq” deyilsə, hamımız qaçacağıq”

“Hazırda vulkanın püskürməyə başladığı dövrdən etibarən ona nəzarət edə biləcəyimiz cihazlar mövcuddur. Əvvəllər isə hansısa vulkan püskürəndə bunu ilk olaraq çoban xəbər verirdi, gedib baxırdıq”.

Turkustan.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Qurban Yetirmişli “Şəhərsalmada seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, zəlzələnin qısa müddətli, yəni yeri, vaxtı və gücü ilə bağlı proqnozunu vermək mümkün deyil:

“Dünyada 2000-dən çox, Azərbaycanda isə 300-dən çox palçıq vulkanı var. Bundan əlavə, dənizin dibində də palçıq vulkanları mövcuddur.

Zəlzələnin qısa müddətli, yəni yeri, vaxtı və gücü ilə bağlı proqnozunu vermək bu gün dünya üzrə mümkün deyil. Bəlkə də gələcəkdə nə vaxtsa bu mümkün olacaq. Qısa müddətli proqnozla yanaşı, yapon alimləri bildirirlər ki, zəlzələ xəbərinin əhaliyə çatdırılması da çox vacib məsələdir. Məsələn, indi desələr ki, zəlzələ olacaq, mən qarışıq hamı durub qaçacaq”./“Yeni Sabah”

Seçilən
0
4
turkustan.az

5Mənbələr