AZ

Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar

Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksində dəyişikliklər edilib.
BUTA.TVTrend-ə istinadla xəbər verir ki, dəyişikliklər korrupsiyanın qarşısının alınması və hədiyyə alma ilə əlaqədar məhdudiyyətlərlə bağlıdır. Yeni qərara əsasən, maddi və sair nemət, imtiyaz və ya güzəştlər gömrük orqanı əməkdaşına ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə Komitənin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul edən və araşdıran səlahiyyətli struktur bölməsinə (şəxsinə) məlumat verməli, maddi və sair nemətləri gömrük orqanına akt üzrə təhvil verməlidir. Həmçinin, gömrük orqanı əməkdaşı hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə Komitənin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul edən və araşdıran səlahiyyətli struktur bölməsinin (şəxsinin) rəyini öyrənməlidir. Daha əvvəl əməkdaş hər iki halda bilavasitə rəhbərinə məlumat verməli və onun rəyini öyrənməli idi. Məlumat üçün bildirək ki, gömrük orqanı əməkdaşları dedikdə Dövlət Gömrük Komitəsinin Aparatı və strukturuna daxil olan gömrük orqanları və qurumlarında xidmət keçən xüsusi rütbəli vəzifəli şəxslər, habelə gömrük orqanlarında xüsusi rütbə nəzərdə tutulmayan vəzifələrdə çalışan əməkdaşlar nəzərdə tutulur.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun bununla bağlı aprelin 24-də imzalanan müvafiq qərarı mayın 6-dan qüvvəyə minib.

Seçilən
0
8
buta.tv

9Mənbələr