AZ

İrakli Kobaxidze: Avropa strukturları öz simasını itirir

BAKI, 15 may. TELEQRAF

Avropa strukturları demək olar ki, tamamilə öz simasını itirir.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Parlamentinin Gürcüstan KİV-lərinin akkreditasiyasını ləğv etmək qərarını şərh edərkən bildirib.

Hökumət başçısı bu addımı biabırçılıq adlandırıb:

"Böyük Britaniyanın başladığı prosesi hazırda Avropa Parlamenti davam etdirir. Bu, tamamilə biabırçılıqdır və onların qəbul etdiyi qərar heç bir standarta sığmır. Avropa Parlamenti üçün media azadlığının heç bir dəyəri yoxdur. Gördüyümüz mənzərə faciəvi bir vəziyyətdir. Ümid edirəm ki, yaxın gələcəkdə bütün bunlar düzələcək".

Seçilən
1
2
teleqraf.com

3Mənbələr