AZ

Çempionu müəyyənləşdirəcək oyun FİFA referilərinə tapşırıldı

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futzal üzrə Yüksək Liqada 2025-2026-cı illər mövsümünün sonuncu oyununa təyinatlar açıqlanıb. 

Fanat.Az xəbər verir ki, lider "Neftçi" İK ilə ən yaxın izləyicisi "Araz-Naxçıvan" arasında həlledici qarşılaşma FİFA referilərinə tapşırılıb.

AFFA Hakimlər Komitəsi matçın əhəmiyyətini nəzərə alaraq, çempionun adının müəyyənləşəcəyi matça əlavə ehtiyat hakim təyinatı da edib. 

Görüş "CBC Sport"la canlı yayımlanacaq.

Yüksək Liqa

20-ci tur

18 may

Neftçi İK – Araz-Naxçıvan

Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, İmran Məhərrəmov.

Ehtiyat hakim: Hidayət Feyzullayev.

Hakim-inspektor: Elçin Səmədli.

Bakı İdman Sarayı. Saat 19:00.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
fanat.az

2Mənbələr