AZ

Nazirlik məlumat yaydı – PENSİYALAR ARTIB

Bu ilin yanvar-aprel aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (248 mln. manat) çox olmaqla 2 mlrd. 608 mln. manat vəsait yönəldilib.

Bununla bağlı  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Pensiyalarda artım dinamikası davam edir. Cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb və 1 may 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manata çatıb.

Yanvar-aprel ayları ərzində 15 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 193 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Seçilən
3
18
veteninfo.az

10Mənbələr