Rusiya və Belarus güləşçilərinə beynəlxalq yarışlarda öz bayraqları və himnləri altında çıxış etməyə icazə verilib.
Apasport.az xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Mixail Deqtyarev özünün "Teleqram" kanalında məlumat yayıb.
O, bildirib ki, Birləşmiş Dünya Güləşi Federasiyası (UWW) Rusiya idmançılarının bütün yaş kateqoriyalarında heç bir məhdudiyyət olmadan beynəlxalq yarışlarda iştirak etməsinə icazə vermək qərarına gəlib. Güləşçilər milli komandanın tərkibində dövlət bayrağı və himni altında yarışa biləcəklər.
Rusiya güləşçiləri protokollarda "RUS", Belarus güləşçiləri isə "BLR" qısaltmaları ilə fərqləndiriləcəklər. Qızıl medallar qazanılarsa, mükafatlandırma mərasimlərində müvafiq ölkələrin dövlət himnləri səsləndiriləcək.
Qeyd edək ki, 2022-ci ilin fevral ayının sonlarında Beynəlxalq Olimpiya Komitəsi federasiyalara Rusiya və Belarus idmançılarını yarışlardan kənarlaşdırmağı tövsiyə edib.
Güləş üzrə muxtar respublika birinciliyində qaliblər müəyyənləşib - FOTO
28 güləşçimiz Avropa çempionatında iştirak edəcək
Dörd güləşçimiz Dünya Seriyasında çıxış edəcək
Prezident İlham Əliyev: İdmançılarımızın özlərini layiqincə aparmaları məni çox sevindirir
Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm