AZ

"Real Madrid"in qapıçısı İstanbul nəhənginə keçməyə yaxındır

"Real Madrid"in ukraynalı qapıçısı Andrey Lunin karyerasını Türkiyə liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Sabah" qəzeti yayıb. 

Mənbənin məlumatına görə, "Fənərbağça" ukraynalı qolkiperi yay mövsümü üçün klubun əsas transfer hədəfləri sırasına daxil edib. İstanbul nəhəngi braziliyalı Edersonun mümkün gedişindən sonra qapıçı mövqeyini gücləndirməyi planlaşdırır.

Lunin özü də "Real Madrid"də oyun praktikasının olmaması səbəbindən klubunu dəyişməyi düşünür. 

Andrey Lunin bu mövsüm "Real Madrid"də bir neçə vacib oyunda iştirak etsə də, heç vaxt sabit əsas heyət oyunçusu ola bilməyib. 27 yaşlı ukraynalı bütün turnirlərdə cəmi 12 matça çıxıb və 21 qol buraxıb.

Mirağa

Seçilən
29
fanat.az

1Mənbələr