AZ

Xaçmazda baş həkimin evi yandı

Xaçmaz rayonunda həkimə məxsus fərdi yaşayış evində yanğın olub.

Busaat.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Kənd Xudatda qeydə alınıb.

Yanan ev Xudat Şəhər Xəstəxanasının baş həkimi Qədir Hüseynova məxsusdur.

İlkin ehtimala əsasən, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

Hadisə zamanı xəsarət alan yoxdur.

Seçilən
1
3
busaat.az

4Mənbələr