AZ

Bu ölkədə eyvanda paltar asmaq qadağan edildi – Cərimələr 1500 avroya çatır

İspaniyanın bəzi şəhərlərində eyvanlarda paltar qurutmağa məhdudiyyət tətbiq olunub.

Far.Az xəbər verir ki, yerli hakimiyyət orqanları şəhər estetikası və ictimai görünüşün qorunması məqsədilə balkonlarda paltar asılmasını qadağan edib. Qaydanı pozan şəxsləri isə yüksək məbləğdə cərimələr gözləyir.

Lorca şəhərində bu cərimələrin məbləği 1500 avroya qədər yüksəlir. Şəhər meri Fulencio Gil bildirib ki, qərarın məqsədi şəhərin xarici görünüşünü və memarlıq estetikası qorumaqdır.

Qərar yalnız paltar asılmasını əhatə etmir.

Vigo şəhərində balkonlardan su tökmək, paltar çırpmaq və piyadalar üçün təhlükə yarada biləcək əşyalar asmaq da qadağan olunub. Burada qayda pozuntusuna görə 750 avroya qədər cərimə tətbiq edilir.

Məhdudiyyətlər Madrid və Barselona kimi iri şəhərlərdə də qüvvədədir.

Qaydalara əsasən, paltar ipləri küçədən görünməməlidir. Barselona rəhbərliyi də oxşar qaydalar üzərində işləyir.

Yeni qərarlar ölkədə uzun illərdir davam edən ənənəvi balkon paltarqurutma vərdişinin tədricən aradan qalxmasına səbəb olub.

Seçilən
0
1
far.az

2Mənbələr