AZ

İstirahətə getdikləri yerdə ÖLDÜLƏR

Maldiv adalarında skafandrla (tüplü) dalış etdikləri zaman qəzaya uğrayan 5 italyan turistin həyatını itirdiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki,  İtaliya Xarici İşlər Nazirliyi dənizin 50 metr dərinliyindəki mağaraları kəşf etməyə çalışan 5 nəfərlik italyan qrupun dalış zamanı qəzaya uğradığını və vəfat etdiyini qeyd edib.

Xəbərdə deyilir ki, komanda qayıqdan suya atıldıqdan sonra bir daha görünməyib və bununla bağlı yerli qurumlara məlumat verilib.

İtaliya mətbuatı da hadisədən sonra ilk mərhələdə 1 nəfərin cəsədinin çıxarıldığını, digər 4 nəfərin tapılması üçün isə işlərin davam etdiyini bildirib. Sözügedən hadisənin ölkədəki ən ağır dalğıc qəzalarından biri olduğu qeyd edilir.

Genuya Universitetindən verilən açıqlamada qurbanlardan birinin dəniz biologiyası professoru, digərlərinin isə onun qızı və 2 gənc tədqiqatçı olduğu bildirilib.

Seçilən
18
1
cebheinfo.az

2Mənbələr