AZ

"Gənclik"dəki ağır qəza bu səbəbdən olub - İDDİA - VİDEO

Bakıda, Gənclik metro stansiyası yaxınlığında yerləşən avtomobil tunelində baş verən ağır qəza ilə bağlı yeni iddialar ortaya çıxıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi sürücülər hadisənin baş verməsinə yolda aparılan xətlənmə işlərinin səbəb olduğunu irəli sürüblər. İddialara görə, aidiyyəti qurum tərəfindən günorta saatlarında həyata keçirilən yol nişanlama işləri sürücülər üçün çətinlik yaradıb və nəticədə qəza baş verib.

Paylaşılan videolarda hadisə yerində yaranan sıxlıq və avtomobillərin aldığı ziyan da əks olunub. Mövzu qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, qəzanın dəqiq səbəbləri ilə bağlı araşdırma aparılır. Rəsmi qurumların araşdırmanın nəticəsi ilə bağlı açıqlama verəcəyi gözlənilir. /milli.az/

Seçilən
1
4
moderator.az

5Mənbələr