AZ

Vladimir Solovyov HƏBS edildi – Rusiya məhkəməsindən HÖKM

Moskvanın Savyolovski məhkəməsi “Kommersant” nəşrinin keçmiş jurnalisti Vladimir Solovyov barəsində qiyabi hökm çıxarıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, jurnalist “arzuolunmaz təşkilat”ın fəaliyyətində iştirak ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

İş materiallarında söhbətin Rusiyada “arzuolunmaz təşkilat” elan edilmiş Carnegie Endowment for International Peace ilə əlaqəli “Carnegie Politika” platformasından getdiyi bildirilir. Məhkəmənin versiyasına görə, Vladimir Solovyov həmin saytda Dnestryanı bölgə ilə bağlı mütəmadi məqalələr dərc edib.

Məhkəmə yalnız həbs hökmü ilə kifayətlənməyib. Qərara əsasən, Solovyova üç il müddətinə internet saytlarının idarə olunması ilə məşğul olmaq da qadağan edilib.

Məqalədə xatırladılır ki, Vladimir Solovyov 2022-ci ilin martında – Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun ilk günlərində – “Dojd” və “Meduza” jurnalistləri ilə birlikdə Ukrayna prezidenti Volodimir Zelenskidən müsahibə alıb. Həmin müsahibə Rusiyada böyük rezonans doğurub.

Hazırda jurnalistin Rusiyadan kənarda yaşadığı bildirilir.
Musavat.com

Seçilən
14
32
musavat.com

10Mənbələr