AZ

Əraqçi ilk dəfə AÇIQLADI - "Putinlə bu məsələni müzakirə etdik"

Tehran zənginləşdirilmiş uranın Rusiya ərazisinə çıxarılması barədə Moskvanın təklifini müzakirə etməyə hazırdır, lakin bu, bir qədər sonra baş tutacaq.

Musavat.com xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Nyu-Dehlidə keçirdiyi mətbuat konfransında bəyanat verib.

"Mən prezident Vladimir Putinlə görüşdüm və digər məsələlərlə yanaşı, qeyd etdiyiniz məsələni də müzakirə etdik", - deyə nazir TASS agentliyinin Tehranın uranın Rusiya ərazisinə daşınması təklifinə münasibəti barədə sualını cavablandırarkən bildirib.

Əraqçi həmçinin əlavə edib ki, bu mövzu ətrafında Rusiya tərəfi ilə müzakirələr indi deyil, daha sonra aparılacaq.

Musavat.com

Seçilən
6
musavat.com

1Mənbələr