AZ

Əkrəm Həsənov: “Neftçilər ölkəsi olan Azərbaycanda SOCAR müşaviri vəzifəsinə yerli kadr yoxdur?”

Gürcüstanın sabiq baş nazir müavini və iqtisadiyyat naziri Levan Davitaşvili SOCAR-ın İtaliyada əldə etdiyi “Italiana Petroli” şirkətinə rəhbər təyin olunub. Bunadək isə, sən demə, bu Davitaşvili SOCAR prezidentinin müşaviri işləyirdi. Miqrasiya Məcəlləmizin 61-ci maddəsinə əsasən əcnəbiyə bizdə yalnız o zaman iş icazəsi verilə bilər ki, işçi qüvvəsinə olan ehtiyacı yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı yoxdur. Yəni neftçilər ölkəsi olan Azərbaycanda SOCAR müşaviri vəzifəsinə yerli kadr yoxdur? İtaliyadakı şirkətə təyin ediləsi Vətən oğlu və ya qızı yoxdur?..

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Əkrəm Həsənov bildirib.

 

Ə.Həsənov qeyd edib ki,eEyni problem digər dövlət və özəl şirkətlərdə də var: “Yığıblar ora əcnəbiləri. Sanki işsizliyin artdığı Azərbaycanda yerli kadrlar yoxdur. Miqrasiya Məcəlləsini də kobud şəkildə pozurlar”.

Tarix: 15 May 2026, 15:05   
Seçilən
17
pravda.az

1Mənbələr