AZ

Azər Türk Bank təqaüdçülərə 9,9% dən başlayan istehlak kreditləri təklif edir

Marja.az saytından alınan məlumata görə, ain.az bildirir.

(®) Dövlət bankı Azər Türk Bank təqaüdçülərə sərfəli şərtlərlə zaminsiz istehlak kreditləri təklif edir. Kreditin maksimal məbləği 80 000 manatdır.

Bir ilədək olan istehlak kreditlərinin illik faiz dərəcəsi 9,9% təşkil edir.

Kreditlər 59 ay müddətinədək, minimal 0%-dən başlayan komissiya ilə verilir.

Bir ildən artıq müddətə kredit götürən şəxsin aylıq gəlirindən asılı olaraq illik faiz dərəcələri və xidmət haqqı məbləği dəyişir.

Qeyd edək ki, digər banklarda krediti olan təqaüdçülər mövcud olan kredit öhdəliyini Azər Türk Bankda daha aşağı faiz dərəcəsi, daha uzun müddət və ya daha uyğun aylıq ödənişlərlə refinans edə, yəni yeni bir kreditlə əvəz edə bilərlər. Belə ki, Bank 80 min manatadək krediti  müraciət edən şəxsin refinans olunacaq öhdəliklərinin orta illik faiz dərəcəsindən 3%-dək aşağı faizlə rəsmiləşdirir. Refinans edilən kreditin məbləği 10 000 manatdan yuxarıdırsa xidmət haqqı 0% təşkil edir

Krediti Azər Türk Bankın saytında online və atb360 mobil tətbiqində sifariş vermək olar.

Kampaniya 2026-ci il 30 may daxil olmaqla, həmin tarixədəkdir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
9
marja.az

10Mənbələr