AZ

Ərdoğan Azərbaycana təşəkkür edib

“Rəqəmsallaşan türk dünyası” vizyonunu mənimsəməyimiz böyük əhəmiyyət daşıyır.

APA-nın Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.

“Ölkələrimiz arasında ortaq texnologiya layihələrinin hazırlanması bu vizyonu şübhəsiz dəstəkləyəcək. Rəqəmsal transformasiya prosesində geri qalmağın müstəqilliyimiz üçün də təhlükə yarada biləcəyinin fərqindəyik. Süni intellektin fərqli bir alətə çevrilməməsi üçün bu məsələyə düzgün yanaşmalı və onu fürsət pəncərəsi kimi qiymətləndirməliyik. Süni intellekt texnologiyalarının yaratdığı yeni risklərə qarşı da daim ayıq olmalıyıq. Məlumat bazalarımıza və kritik milli infrastrukturlarımıza yönələn yeni nəsil təhdidlər rəqəmsal transformasiyanın diqqətlə idarə olunmalı istiqamətlərindəndir. İnanıram ki, cəbr və alqoritmin banisi Xarəzmini, fəlsəfə və məntiqin dahilərindən Fərabini, əsərləri ilə tibb elminə işıq tutan İbn Sinanı, astronomiya elminin öncülləri Biruni, Uluqbəy və Əli Quşçunu yetişdirən bu münbit torpaqlarda yeni alimlər də yetişəcək”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan çıxışında Azərbaycana təşəkkür edib.

“Növbəti zirvə görüşündə sizi Ankarada qəbul etməkdən məmnun olacağam. Bu fürsətdən istifadə edərək təşkilatımızın hazırkı sədri Can Azərbaycana ailə məclisimizin birliyinə verdiyi töhfələrə görə təşəkkür edirəm. Dəyərli qardaşım Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə də möhtəşəm ev sahibliyinə görə bir daha minnətdarlığımı bildirirəm. Mübarək Qurban bayramınızı indidən təbrik edirəm”, -Türkiyə Prezidenti qeyd edib.

Seçilən
12
5
apa.az

6Mənbələr