AZ

Azərbaycan və Monqolustan parlamentarilərinin onlayn görüşü keçirilib

Mayın 15-də Milli Məclisin Monqolustan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Monqolustan parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə onlayn görüşü olub.  
Monqolustan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Zahid Oruc iki ölkə arasında parlamentlərarası münasibətlərin qarşılıqlı etimad və dostluq prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın bu günlərdə Monqolustanın Baş prokuroru ilə keçirdiyi görüşü xatırladan Zahid Oruc, belə görüşlərin əhəmiyyətini vurğulayıb. 
O, parlament səviyyəsində qarşılıqlı səfərlərin, komitələrarası təmasların və birgə təşəbbüslərin daha da intensivləşəcəyinə inamını bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycan ilə Monqolustan arasında əlaqələrin genişlənməsi yalnız siyasi deyil, həm də iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın inkişafına yeni imkanlar yaradacaq.
Monqolustan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Sonqobayn Zamira Monqolustan ilə Azərbaycan arasında münasibətlərin son illərdə dinamik inkişaf etdiyini vurğulayıb. O, qeyd edib ki, dövlətlərimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələr parlament diplomatiyasının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. 
Onlayn görüşdə söhbət zamanı Monqolustan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri - Azər Badamov, Razi Nurullayev, Monqolustan Parlamentinin  Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun üzvləri çıxış edərək dövlətlərimiz arasında dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə ediblər, parlament diplomatiyasının ikitərəfli əməkdaşlığın genişlənməsində mühüm rol oynadığını vurğulayıblar.
Tədbirdə Monqolustan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Mahir Süleymanlı, Monqolustan Parlamentinin Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun üzvləri iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
1
olaylar.az

2Mənbələr