ain.az, Ayna saytına istinadən bildirir.
“1000-ə 1000” mübadiləsinin birinci mərhələsi başlayıb
Ukrayna Rusiya əsirliyindən Azov Milli Qvardiyasının 20 döyüşçüsünü geri qaytarıb. AYNA.AZ "İnterfaks-Ukrayna"ya istinadən bildirir ki, bu barədə Birinci Korpusun komandiri, polkovnik Denis Prokopenko deyib.
““1000-ə 1000” mübadiləsinin birinci mərhələsi başlayıb. Bu gün Azov Milli Qvardiyasının Birinci Korpusundan 20 döyüşçü vətənlərinə qayıdıb. Onlardan 19-u Mariupolun müdafiəçiləri olub ", - deyə o bildirib.
Prokopenko əsgərlərə dözümlülük və cəsarətlərinə görə təşəkkür edərək, onları Ukraynaya qayıtmaları münasibətilə təbrik edib.
Qeyd edək ki, mayın 15-də Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə əsir mübadiləsinin baş tutduğunu açıqlayıb. Mübadilə “1000-ə 1000” əsasında həyata keçirilib. Birinci mərhələ bu gün baş tutub və Kiyev 205 əsgəri geri qaytarıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.