Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Ryazan şəhərindəki neft emalı zavoduna (NEZ) və Rusiyanın hərbi gəmilərinə uğurlu zərbələr endirildiyi barədə məlumat yayıb.
Musavat.com xəbər verir ki, hədəfə alınan "Ryazan" NEZ-i Rusiyanın ən iri neft emalı müəssisələrindən biri hesab olunur.
Sözügedən zavodun illik emal gücü təxminən 17 milyon ton neft təşkil edir. Müəssisədə istehsal olunan benzin, dizel və reaktiv yanacaq Rusiya qoşunlarının ehtiyaclarını təmin etmək üçün istifadə olunurdu. Bu zərbənin Rusiyanın hərbi loqistikasına ciddi təsir göstərəcəyi gözlənilir.
Bundan əlavə, Ukrayna Müdafiə Qüvvələri "Kaspiysk" bazasında Rusiyaya məxsus hərbi dəniz vasitələrini də vurub. Məlumata görə, hücum nəticəsində kiçik raket kateri və mina axtaran gəmi zədələnib.
Xatırladaq ki, Ukrayna ordusu son vaxtlar Rusiyanın dərinliklərində yerləşən iqtisadi və hərbi infrastruktura qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını intensivləşdirib.
Musavat.com