Dortmund "Borussiya"sı hücumçusu Samuele İnasio ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, informasiyanı "arılar"ın rəsmi saytı yayıb.
18 yaşlı italiyalı müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
Cari mövsüm Bundesliqada 6 görüşə çıxan gənc forvard ötən həftə "Ayntraxt"a qarşı keçirdikləri çempionat matçında (3:2) əsas komandada ilk qolunu vurub.
Qeyd edək ki, Samuele İtaliyanın "Atalanta", "Napoli", "Torino" və "Leççe" klublarında oynamış braziliyalı Juan Batista İnasionun oğludur.
Toğrul