Gələcəyin dünyasında daha çox söz və təsir sahibi ola bilmək üçün xüsusilə texnologiyada əməkdaşlığımızı ən üst səviyyəyə çıxarmaq məcburiyyətindəyik. Zirvəmizin "Süni intellekt və rəqəmsal inkişaf" mövzusu ilə reallaşdırılmasını bu baxımdan çox uğurlu hesab edirəm. Gələcəyə istiqamət vermək nöqtəsində, rəqəmsallaşaraq inkişaf edən Türk dünyası düşüncəsini mənimsəməyimiz böyük önəm daşıyır.
Hafta.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, bu məqsəd keyfiyyətli insan resursu, güclü rəqəmsal infrastruktur və dataəsaslı ictimai idarəetmə anlayışı üzərində inşa edilməli, Türk dünyası arasındakı əlaqələr qüvvətləndirilməlidir:
“Ölkələrimiz arasında ortaq texnologiya layihələrinin inkişaf etdirilməsi, heç şübhəsiz, bu vizyonu dəstəkləyəcək. Rəqəmsal transformasiya prosesində geri qalmağımızın müstəqilliyimizi də təhdid edən bir ünsür olacağının fərqindəyik. Süni intellektin bir hökmranlıq vasitəsinə çevrilməməsi üçün bu mövzuya doğru bir yanaşma ilə fürsət pəncərəsindən nəzər salmalıyıq”.