AZ

Moskvadakı sərgi nəyi hədəfləyir?-revanşist sərginin siyasi mənası- ÖZƏL

Moskvadakı Erməni Kilsəsi Kompleksində qondarma "artsax"a həsr olunmuş revanşist sərgi açılıb. Tədbirdə Azərbaycanın suverenliyi əleyhinə fitnəkar bəyanatlar səsləndirilib, ölkəmiz uydurma "soyqırımı" və "mədəni irsin məhvi"ndə ittiham olunub. Sərgidə Qarabağın erməni toponimləri ilə təqdim olunduğu saxta xəritələr nümayiş etdirilib, erməni əsilli cinayətkarların azad edilməsi və Azərbaycana beynəlxalq təzyiq göstərilməsi üçün çağırışlar edilib.

Görəsən, Azərbaycan və Rusiya XİN-lərinin son birgə bəyanatında əskini tapmış müsbət notlardan sonra bu hərəkəti indi necə anlayaq? Moskva niyə belə təxribatlara şərait yaradır?Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Rusiyada Azərbaycana qarşı təşkil olunan bu təxribatın əslində bir neçə məqsədini biz saya bilərik. Əlbəttə ki, birinci növbədə biz məsuliyyəti Rusiya hakimiyyətində görməliyik. Dövlət olaraq Rusiya buna icazə verməməli idi. Nəyə görə? Çünki belə bir təxribatın həyata keçirilməsi birmənalı olaraq qonşu və onların guya dost adlandırdıqları və guya dost kimi yanaşdıqları bizə qarşı, yəni Azərbaycan dövlətinə qarşı açıq bir təxribatdır və onlar bu təxribatda birbaşa iştirak etməsələr də, necəsə elə onun keçirilməsinə şərait yaratmaqla şərait yaratmasalar belə, göz yummaqla burada bir növ də iştirakçıya çevrilmiş olurlar. Bəs niyə Rusiya kimi böyük bir dövlət belə cılız oyunlara gedir? Birincisi, Rusiyanın indi belə deyək də, Cənubi Qafqaza müdaxilə üçün əlində real kartlar yoxdur, real bəhanələr yoxdur. Ona görə də belə işlərin dalınca düşüblər ki, oradan özlərinə yeni bir kart çıxarsınlar. Yeni bir belə deyək, bəhanə tapsınlar və bunu səbəb kimi göstərsinlər. Niyə Rusiya sırf bu məsələ üzərindən indi yeni bəhanə axtarır? Rusiya kimi böyük dövlətlər əgər bir plan qurursa, o planda sadəcə bir və ya iki məsələyə fokuslanmır, bir neçə məsələyə eyni anda fokuslanırlar belə oyunlarda. O məsələləri biz necə sıralaya bilərik? Birincisi, bu, Azərbaycana bir mesajdır. Yəni Rusiyanın hələ də böyük olduqlarını öz ağıllarınca xatırlatmaq istəyirlər Azərbaycana və Azərbaycanın xarici siyasətinə təsir etməyə, müstəqil Azərbaycan siyasətinə deyil, Moskvaya meyilli siyasət xəttinə keçməyə üstü örtülü bir çağırışdır. Yoxsa biz qarşılığında Azərbaycana qarşı, məsələn, Qarabağda erməni problemini qabartmaqla və s. kimi müxtəlif yollarla təzyiq edə bilərik mesajıdır. İkincisi, bu Ermənistanda seçkiqabağı hadisələrə yön vermə planıdır. Nədir burada əsas məsələ? Baxın. Nikol Paşinyan, yəni Rusiyaya qarşı, Rusiyaya qarşı deməyək, qərbmeyilli erməni hakimiyyətinə qarşı real rəqib kimdir? Revanşistlər, yəni Moskva meyilli Ermənistanın xarici siyasətini Rusiya mərkəzli koordinasiya edən qüvvələr və bu qüvvələr bugün açıq-aşkar qərbmeyilli qüvvələrə uduzurlar. Onları necəsə qərbmeyilli qüvvələrə qarşı əlini gücləndirmək lazım idi və yəqin indi Moskvada hansısa bir ideoloqun, hansısa bir siyasətçinin boş-boş tezisləri ilə hərəkət edirlər və düşünürlər ki, Qarabağ kartını qabartmaqla Qarabağda yaşayan erməniləri öz tərəflərinə çəkməklə, beləcə indiki Ermənistanın özündəki, yəni indiki Ermənistan ərazilərində yaşayan erməniləri də öz tərəflərinə çəkə bilərlər və beləcə revanşist qüvvələrin qərbmeyilli qüvvələrə qarşı əlini gücləndirə bilərlər. Bu revanşist qüvvələrə dəstək verməyin özündə də Rusiyanın iki məqsədi yatır. Birincisi, həmin qüvvələr hakimiyyətə gələn kimi, təbii ki, anti-Azərbaycan politikaya keçəcəklər. Onlar Azərbaycana qarşı yenidən bəyanatlar, vaxtaşırı təxribatlar hazırlayacaqlar. Bu da Rusiya xarici siyasətində Azərbaycana qarşı atılan addımlardan, bir növ onların üzərinə düşən yükü azaldacaq. Niyə? Çünki artıq Ermənistanda yenidən Rusiyadan sifariş almaqla hərəkət edən qüvvələr bunu öz üzərlərinə götürəcəklər. Bu bir səbəb. İkinci səbəb isə revanşist qüvvələr kimlərdir? Rusmeyilli qüvvələr. Rusmeyilli qüvvələr Ermənistanda hakimiyyətə gəlsə nə olacaq? Beləcə Cənubi Qafqazda qərbmeyilli bir iqtidarın sonu çatacaq. Ermənistan yenidən Rusiya mərkəzli siyasətə, bir növ Rusiyanın asılılığına geri dönəcək. Amma bu nə qədər baş tuta bilər? Nə qədər bu məsələdə Rusiya tərəfi uğurlu olacaq? Təbii bunu zaman göstərəcək. Öncədən qəti bir dillə mövqe bildirmək də doğru olmaz. Amma hadisələr onu göstərir ki, Ermənistan xalqı özü də Qarabağdakı o şovinist ideyalarından əl çəkməsə də, yenidən Rusiyanın və ya hansısa ikinci bir ölkənin vassal asılılığına keçmək istəmirlər. Onlar onlara gələcək vəd edən müstəqillik, real müstəqillik vəd edən bir iqtidar istəyirlər. Paşinyan da hazırda bunu vəd edir, bunu göstərir. İndi nə qədər uğurlu olacaq, o özü də böyük bir sual altındadır. Çünki Ermənistan kiçik dövlətdir. Ermənistanın heç bir ciddi dünya siyasətində təmsil olunacaq üstünlüyü yoxdur. Bunu yaratmaq lazımdır. Sıfırdan bunu inşa etmək nə qədər mümkün olacaq, onu da zaman göstərəcək. Əgər Paşinyan iqtidarı o sıfırdan inşa edilməsi lazım olan məsələləri edə biləcəksə, bəli onda vədlərini də reallaşdıra biləcək. Yox edə bilməzlərsə, o halda bir gün elə Paşinyan iqtidarının özünün də sonu gələcək. Amma bu qarşıdakı seçkilərdə üstünlük hələ ki qərbmeyilli qüvvələrdə, yəni erməni xalqına vassal asılılıqdan çıxmağı, kiminsə əlaltısı olmamağı vəd edənlər, yəni qərbmeyililər, Nikol Paşinyanın partiyası üstün görünür".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr