Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın Türküstan şəhərinə səfəri çərçivəsində Özbəkistan lideri Şavkat Mirziyoyev ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, qapalı keçirilən görüşdə Türkiyə tərəfindən xarici işlər naziri Hakan Fidan iştirak edib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi bildirib ki, Ərdoğan və Mirziyoyev ikitərəfli və beynəlxalq məsələlərin geniş spektrini müzakirə ediblər.
Türkiyə lideri ölkəsinin Özbəkistanla əlaqələrin, xüsusən də müdafiə sənayesi və ticarət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə sadiq olduğunu bildirib.