AZ

Meqan Markl ailənin bütün yükünü çiyninə götürdü: Harri isə pul qazanmır

Meqan Markl ailəsinin əsas gəlir mənbəyinə çevrilib.

Publika.az xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.

Nəşrin yazdığına görə, Britaniya şahzadəsi Harri və həyat yoldaşının ABŞ-ın Kaliforniya ştatındakı Montesi̇to malikanəsinin saxlanılması üçün ildə azı 6 milyon dollar tələb olunur. Bu məbləğin yarısı təhlükəsizlik xidmətlərinə, qalan hissəsi isə ipoteka ödənişlərinə xərclənir.

Mənbələrin iddiasına görə, ailənin əsas maliyyə yükünü məhz Meqan Markl daşıyır. Bildirilir ki, şahzadə Harri əsasən xeyriyyə layihələri ilə məşğul olur və bu fəaliyyət ailəyə ciddi gəlir gətirmir.

İddialara əsasən, bu səbəbdən Meqan Markl yeni qazanc mənbələri axtarmağa başlayıb və şəxsi brendini sürətlə inkişaf etdirir. O, həmçinin süni intellekt vasitəsilə məhsul seçimləri təqdim edən platformanın simasına çevrilib. Platformada hersoginyanın son Avstraliya səfərində geyindiyi geyimləri almaq da mümkündür.

Seçilən
36
publika.az

1Mənbələr