AZ

Aytən Səfərovanın İstanbulda başına gələnlər: “Şoka düşdüm” - FOTOLAR

Teleaparıcı Aytən Səfərova İstanbul səfəri zamanı qarşılaşdığı maraqlı və gözlənilməz hadisələrdən danışıb.

O, planlaşdırılan uçuşun baş tutmadığını və bileti dəyişdirdiyini bildirib.

Məhz bundan sonra isə səfərin ilk maraqlı təsadüfü baş verib:

"Deməli, İstanbula gedəndə başıma çox təəcüblü və paradoksal hadisələr gəlib. Əvvəlcə onu deyim ki, saat 6:10-da uçmalı idim. Müəyyən səbəblərdən alınmadı. Saat 16:50 təyyarəsinə bilet dəyişdirildi. Və... təyyarədə məşhur türk müğənnisi Rafet El-Romanla yol yoldaşı olduq.

Səfərin son günündə axşam məkanlardan birinə şam yeməyi üçün yer bron edilmişdi, lakin nümayəndə heyətinə bildirdilər ki, müəyyən üzrlü səbəblərə görə alınmayacaq, başqa məkan seçin. Həmin başqa məkanda çox gözəl şam etdik peşəkar həkimlərimizlə”.

Teleaparıcı İrem Derici ilə də qarşılaşdıqlarını deyib:

“Zənnimcə, təsadüflər təsadüfi deyilmiş. Burada da daha bir məşhur türk müğənnisi, orada yeməkdə olan İrem Derici ilə rastlaşdıq. O qədər səmimi bir xanım idi, Azərbaycanı sevən, bizim musiqilərdən ilham alan ifaçıdır, çox vuruldum o xanıma. Başıma gələnlərdən belə nəticə çıxartdım ki, bəzən yanlışlar çox gözəl və yaddaqalan naxışa çevrilə bilərmiş”./Yeni Sabah

Seçilən
2
4
musavat.com

5Mənbələr