Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarı bülbül” doqquzuncu Beynəlxalq Musiqi Festivalı keçirilir.
Musavat.com xəbər verir ki, təbdirin ilk günündə Xalq artisti Tünzalə Ağayeva çıxışı ilə yadda qalıb.
Pop ulduz “Cəngi Koroğlu” adlı aşıq əsərini səsləndirib.
Milli ruhda olan təqdimatda sənətçinin geyimi də diqqət çəkib. Zümrüd Mirzəliyeva imzası daşıyan obraz milli ornamentlərlə bəzədilib.
Qeyd edək ki, festival bu gün də davam edəcək.
Könül
Musavat.com