AZ

Ayaz Hüseynov: GSNP Baş katibliyinin Azərbaycana həvalə olunması tarixi hadisədir

“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Gülüstan Sarayı”nda keçirilən Qlobal Cənub QHT Platformasının Baş Assambleyası dünya vətəndaş cəmiyyəti üçün mühüm hadisə kimi yadda qaldı. Dünyanın müxtəlif regionlarından – Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsindən 110-dan çox ölkənin QHT nümayəndələri Bakıda bir araya gəldi.

Bu fikirləri Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov QHT.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, Baş Assambleya çərçivəsində keçirilən seçkilərin nəticəsinə əsasən, GSNP Katibliyində fəaliyyət göstərən Azərbaycan təmsilçisi Fuad Kərimli təşkilatın Baş katibi seçilib:

“Bu, Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun və ölkəmizə göstərilən yüksək etimadın bariz nümunəsidir. Qarşıdakı 5 il ərzində dünya əhalisinin böyük hissəsini əhatə edən bu qlobal platformaya Azərbaycanın rəhbərlik edəcək olması qürurvericidir.”

Ayaz Hüseynov vurğulayıb ki, GSNP Qoşulmama Hərəkatı regionunda QHT-ləri birləşdirən ilk və yeganə şəbəkədir və 120 üzv ölkədən 116-sının vətəndaş cəmiyyətinin Bakıda toplanması tarixi hadisədir.

O bildirib ki, platforma suverenliyə hörmət, daxili işlərə qarışmamaq və ədalətli dünya nizamının təşviqi prinsipləri üzərində formalaşıb:

“Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu platformanın Bakıda yaradılması və idarəçiliyinin Azərbaycana həvalə olunması ölkəmizin Qoşulmama Hərəkatı və COP29 çərçivəsində uğurlu fəaliyyətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir.”

Sonda Ayaz Hüseynov Fuad Kərimlini yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona və komandasına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Zəhra Ağayeva

Seçilən
26
qht.az

1Mənbələr