BAKI,TurkicWorld
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində texnologiya sahəsində əməkdaşlığı mümkün olan ən yüksək səviyyəyə çatdırmaq lazımdır.
TurkicWorld xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin Türküstanda keçirilən qeyri-rəsmi sammitində bildirib.
“Bu baxımdan süni intellekt və rəqəmsal inkişaf məsələlərinə həsr olunmuş sammitimizin keçirilməsini çox vaxtında atılmış addım hesab edirik. Rəqəmsallaşma vasitəsilə inkişaf edən rəqəmsal dünya konsepsiyasını ortaq gələcəyimizin strateji baxışı kimi qəbul etməyimiz vacibdir”,- deyə o bildirib.
Ərdoğan qeyd edib ki, türk dünyası süni intellekt mövzusuna imkanlar və düzgün yanaşmanın tətbiqi prizmasından nəzərdən keçirməlidir ki, bu texnologiyalar sonradan qlobal dominantlıq alətinə çevrilməsin.