Misli Premyer Liqasında 32-ci tura start verilib.
QOL.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə turnir cədvəlinin autsayderləri üz-üzə gələcək. "Karvan-Yevlax" öz meydanında "Qəbələ"ni qəbul edir. Komandaların hər iki dövrədəki oyununda 1:1 hesabı qeydə alınıb.
Günün digər matçında isə "Kəpəz" "Araz-Naxçıvan"ın qonağı olacaq. Tərəflərin həm 1-ci, həm də 2-cü dövrədəki oyununda "Araz-Naxçıvan" eyni hesabla qalib gəlib - 2:0.
15 may (cümə)
Misli Premyer Liqası, 32-ci tur
17:00 "Karvan-Yevlax" – "Qəbələ" - 1:2 (İkinci hissə)
Qol: Olavale Doyeni, 54 (1:0), İbrahim Sanqare, 56 (1:1), Domi Massumo, 67 (1:2)
Baş hakim: Əli Əliyev
Yevlax şəhər stadionu
19:30 "Araz-Naxçıvan" – "Kəpəz"
Baş hakim: Rəşad Əhmədov
SOCAR Polymer Arena
16 may (şənbə)
17:00. “Şamaxı” – “Turan Tovuz”
17:00. “Qarabağ” – “İmişli”
17 may (bazar)
18:00. “Zirə” – “Sumqayıt”
18:00. “Sabah” – “Neftçi”

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 19 qol
Bassalu Sambu ("Neftçi") - 11 qol
Velko Şimiç (“Sabah”) - 11 qol
Emin Mahmudov ("Neftçi") - 10 qol
Joarlem Santos ("Turan Tovuz") - 10 qol
Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 9 qol
Aleksandr Ramalinqom ("Sumqayıt") - 9 qol
Karim Rossi ("Şamaxı") - 9 qol
Leandro Andrade ("Qarabağ") - 9 qo