AZ

İşçi Qrupunun hazırladığı illik hesabat jurnal formasında çap edilib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 15 may, AZƏRTAC

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.1-ci yarımbəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış illik hesabat jurnal formasında çap edilib.

Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, hesabatda 2025-ci il ərzində Dövlət Proqramının icrasına dair ümumiləşdirilmiş məlumat, o cümlədən təşkilati tədbirlər, normativ hüquqi bazanın təkmilləşdirilməsi, narkomanlığa qarşı mübarizə sahəsində vətəndaş fəallığının artırılmasına yönəlmiş tədbirlər, hüquq mühafizə orqanları tərəfindən görülmüş işlər, o cümlədən statistik məlumatlara dair illər üzrə müqayisəli diaqram və cədvəllər (2019–2025), narkotik asılılığı olan şəxslərin müəyyən edilməsi və müalicəsi, bu sahədə aparılan tədqiqatlar, narkomanlığa qarşı mübarizə sahəsində təbliğat, profilaktika və monitorinq işinin təşkili, beynəlxalq təşkilatlarla aparılan iş, habelə dünyada narkotiklərlə bağlı vəziyyətə dair təhlil öz əksini tapıb.

Nəşrlə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
azertag.az

1Mənbələr