AZ

Trampdan gözlənilməz addım: Çin şirkətlərinə qarşı sanksiyalar ləğv olunur

Donald Tramp bəzi Çin müəssisələrinə tətbiq olunan sanksiyaların aradan qaldırılmasına razılıq verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp İrandan neft idxal edən Çin şirkətlərinə qarşı tətbiq olunan məhdudiyyətlərin yaxın vaxtlarda ləğv ediləcəyini bəyan edib. pizza

Bildirilir ki, sözügedən addım Yaxın Şərqdə davam edən böhran fonunda neft bazarında yaranan qeyri-sabitliklə əlaqədardır.

Məlumata görə, Pekinə səfərindən qayıtdıqdan sonra ABŞ lideri jurnalistlərə açıqlamasında bu məsələnin müzakirə olunduğunu təsdiqləyib. Bununla belə, Tramp sanksiyaların ləğvi müqabilində Çin tərəfindən hər hansı güzəşt gözləmədiyini xüsusi vurğulayıb.

Xatırladaq ki, Amerika lideri bundan əvvəl "Fox News" telekanalına müsahibəsində Pekində aparılan danışıqlar zamanı Si Cinpinin "Boeing" şirkətindən 200 ədəd təyyarə almağa razılıq verdiyini bildirmişdi. Halbuki şirkət ilkin olaraq 150 təyyarə satmağı planlaşdırırdı.

Bundan başqa, Tramp Çinin İran böhranının tənzimlənməsi istiqamətində dəstək təklif etdiyini də qeyd edib./Oxu.az


Telegram kanalımız
Seçilən
1
2
yenisabah.az

3Mənbələr