AZ

Ronaldonun pəhrizinin effektivliyi: Dietoloq izah etdi

Kriştiano Ronaldonun keçmiş şəxsi aşpazı 41 yaşlı futbolçunun pəhrizini açıqlayıb.

Publika.az xəbər verir ki, aşpazın sözlərinə görə Ronaldo şəkər, süd və undan imtina edib, karbohidratları tərəvəzlərdən alır və şam yeməyində balıq və ya steyk yeməyə üstünlük verir.

Dietoloq Anton Polyakov aif.ru saytına verdiyi müsahibədə bu pəhrizlə bağlı öz qiymətləndirməsini verib.

Mütəxəssisin sözlərinə görə, Ronaldo pəhrizində yüngül bir dəyişiklik edib. Bu, qlüten tərkibli qidaların, süd məhsullarının və omeqa-6 ilə zəngin yağların (qarğıdalı, günəbaxan və kanola) aradan qaldırılmasını nəzərdə tutur. Bu qidalar iltihaba, mayenin tutulmasına və çəki artımına səbəb ola bilər.

“Ronaldo reproduktiv pəhrizdə yüngül dəyişiklik edib. Yaxşı qərardır”, – Polyakov izah edib.

Seçilən
1
19
publika.az

10Mənbələr